“Kəpəz” intizamsızlıq edən legioneri Ceffersonla bağlı FİFA-ya rəsmi müraciət ünvanlayıb. 22 yaşlı braziliyalı müdafiəçi qış fasiləsindən sonra komandanın düşərgəsinə qoşulmayıb. Gəncə təmsilçisinin futbolçuya qayıtmaq və ya yeni klub tapmaq barədə qoyduğu ultimatumun nəticəsiz qalması məsələnin ali futbol qurumuna daşınmasına səbəb olub.
Qeyd edək ki, “sambaçı”nın “sarı-göylər”lə müqaviləsi bu mövsümün sonunda başa çatır.