Qəbələdə keçirilən bu oyunla Premyer Liqada 4-cü tura start verildi. Oyun qonaqların üstünlüyü ilə keçir. Aşağı templə keçən qarşılaşmada “Araz” qapıya yol tapsa da, Slavikin qolu ofsayd səbəbi ilə qeydə alınmadı. İlk yarı qolsuz bərabərliklə başa çatdı. İkinci hissədə qonaqlar işləri qaydasına saldı. İki qol vuraraq favorit adını təsdiqlədi.
Bu qələbə ilə “Araz” çempionatın lideri oldu.
Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan” 0:2
Qəbələ şəhər stadionu.
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
Kəpəz”: Məmməd Hüseynov, Məqsəd İsayev, Ehtiram Şahverdiyev, Şakir Seyidov, Luis Paçu, Vitor Feijao, Dioqo Verdaska, Mahamadu Ba, Ryonosuke Ohori, Cefferson Bentu, Pedro Qomeş.
“Araz-Naxçıvan”: Kristian Avram, Urfan Abbasov, Slavik Alxasov, Rahil Məmmədov, Patrik Andrade, Vanderson Melo, İssuf Paro, Nuno Rodriqes, Felipe Santos, Ba-Muaka Simakala, Şarl Boli.
Qollar: Alxasov, 65. Koen, 86.