“Kəpəz”in qış hazırlıq planı açıqlandı

30.12.25 | 08:52
Ölkə futbolu

“Kəpəz” qış fasiləsi üçün hazırlıq proqramını təsdiqləyib. Baş məşqçi Azər Bağırovun rəhbərliyi altında komanda ikinci dövrəyə ciddi kadr islahatları ilə hazırlaşır.

Yanvarın 3-də Gəncədə toplanışın start veriləcək və yeddi gündən sonra “Qəbələ” ilə səfərdə ilk yoxlama oynunu keçirəcək.  Bundan bir həftə sonra isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacaq. Hazırlıq prosesi yanvarın sonuna, çempionat bərpa olunana qədər yerli şəraitdə davam edəcək. Komanda qapı xəttini Yusif İmanovla gücləndirib. Həmçinin hücum xəttinə Orxan Əliyev və gürcüstanlı yarımmüdafiəçi Rati Ardazişvili cəlb olunub.

Polşalı qapıçı Kaçper Rosa və müdafiəçi Pedru Qomeşlə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb. Bundan əlavə, hücumçu Şahmar Aşurov transferə çıxarılıb, icarədə olan gənc oyunçular Elcan Əbilov və Raul Məmmədov isə klublarına geri dönüblər. Toplanış müddətində tibbi heyətin əsas diqqəti zədədən yeni dönən futbolçuların fiziki bərpasında olacaq. Baş məşqçi yoxlama oyunlarında həm yeni transferləri, həm də zədədən qayıdan oyunçuları sınaqdan keçirərək optimal heyəti müəyyənləşdirməyi planlaşdırır.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21