“Kəpəz” Kosovo millisinin sabiq müdafiəçisini transfer edir

01.09.26 | 18:12
Ölkə futbolu

“Kəpəz” heyətini növbəti legionerlə gücləndirməyə hazırlaşır. Gəncə təmsilçisi Kosovo millisinin sabiq müdafiəçisi David Domqjoni ilə anlaşmağa yaxındır.

29 yaşlı mərkəz müdafiəçisi ilə bütün məsələlərdə razılıq əldə olunub. Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.

Domqjoninin son klubu İsrailin “Hapoel” (Qüds) komandası olub. Futbolçu 2025-ci ilin yayında Albaniyanın “Partizani” klubundan İsrail təmsilçisinə keçib. Lakin 2026-cı ilin iyulundan etibarən azad agent statusundadır.

Prizrendə anadan olan Domqjoni futbolçu karyerasına Albaniyada başlayıb. O, “Tirana”, “Kastrioti” və “Laçi” kimi klubların formasını geyinib. Daha sonra Türkiyənin “Menemenspor”, İsveçrənin “Luzern”, Polşanın “Termalika”, Türkiyənin “Manisa”, Qazaxıstanın “Tobol” və Albaniyanın “Partizani” komandalarında çıxış edib.

1,90 metr boya malik solayaqlı müdafiəçi əsasən mərkəz müdafiəçisi mövqeyində çıxış edir, ehtiyac yaranarsa sol cinahda da oynaya bilir.

Domqjoni Kosovo millisində də forma geyinib. O, 2021-ci ildə milli komandaya dəvət alıb və həmin ilin iyununda Qvineya ilə yoldaşlıq görüşündə debüt edib. Ümumilikdə Kosovo millisinin heyətində 3 oyun keçirib.

“Kəpəz” üçün bu transfer müdafiə xəttinin gücləndirilməsi baxımından əhəmiyyətli addım ola bilər. Təcrübəli futbolçunun Türkiyə, İsveçrə, Polşa, Qazaxıstan və İsrail çempionatlarında çıxış etməsi onun beynəlxalq klub təcrübəsinin kifayət qədər zəngin olduğunu göstərir.

Paylaş:

Xəbər Lenti

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59