İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32
Dünya futbolu

İtaliya futbolu növbəti dəfə böyük şok yaşayır. Mario Balotellinin 12 il əvvəl İngiltərə qapısına vurduğu qolun “Squadra Azzurra” üçün dünya çempionatları tarixinə vurulan sonuncu möhür olacağını kimsə təsəvvür edə bilməzdi. Lakin fakt dəyişməz qalır: İtaliya hələ də o qoldan sonra mundialda sevinc dadmayıb.

Düz 12 il əvvəl, DÇ-2014-ün qrup mərhələsində İtaliya İngiltərəni 2:1 hesabı ilə məğlub edərkən qələbə topunun müəllifi Mario Balotelli olmuşdu. Bu qol həmin turnirdə italyanların sevinc dolu son sədası idi. Həmin vaxtdan bəri dördqat dünya çempionları nəinki pley-off mərhələsinə həsrətdir, hətta artıq üç turnirdir ki, mundialın final mərhələsinə vəsiqə qazana bilmirlər.

İtaliyanın dünya çempionatlarının pley-off mərhələsində keçirdiyi sonuncu oyun hələ də 2006-cı ilin Zidanlı, Kanavarolu unudulmaz finalıdır (Fransa ilə 1:1, penaltilərlə 5:3). Bu şanlı zəfərdən sonra komanda iki dəfə qrupda qalıb, son üç dünya çempionatına isə (2018, 2022 və 2026) ümumiyyətlə qatıla bilməyib.

Dünən, martın 31-də italyan futbolsevərlər daha bir faciə ilə üzləşdi. DÇ-2026-ya vəsiqə uğrunda keçirilən pley-off qarşılaşmasında İtaliya millisi Bosniya və Herseqovina səddini keçə bilmədi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olundu. Balkan təmsilçisinin 4:1 hesablı üstünlüyü İtaliyanın növbəti dünya çempionatına olan ümidlərini birdəfəlik bitirdi.

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00