İstanbulda Frattesi Müharibəsi

03.01.26 | 19:40
Dünya futbolu

Qış transfer pəncərəsində heyətini gücləndirmək istəyən “Qalatasaray” gözlənilməz addım atıb. “Sarı-qırmızılılar”ın, “Fənərbaxça”nın da hədəfində olan “İnter”in ulduzu Davide Frattesi üçün mübarizəyə qoşulduğu və transferi bitirməyə yaxın olduğu bildirilir.
Yarımmüdafiə xəttini möhkəmləndirməyi hədəfləyən “Qalatasaray” bu zonaya iki yeni oyunçu cəlb etməyi planlaşdırır. Klubun diqqət mərkəzində İtaliya çempionatıdır. İtaliyanın bir çox idman qəzetləri “Qalatasaray”ın “İnter”də çıxış edən Frattesi ilə maraqlandığını manşetlərə daşıyıb. Xəbərlərdə “Fənərbaxça”nın da bu transferdə maraqlı olduğu, lakin “Qalatasaray”ın müqaviləni bu ay ərzində bağlama ehtimalının daha yüksək olduğu vurğulanır.
26 yaşlı yarımmüdafiəçinin adı bir müddətdir “Yuventus”la da hallanırdı. İki klub arasında qış fasiləsində barter və ya transfer əməliyyatının keçiriləcəyi müzakirə edilsə də, danışıqlarda bəzi problemlərin yarandığı və tərəflərin digər variantlara yönəldiyi qeyd olunur. “Qalatasaray”ın isə bu prosesi yaxından izlədiyi və futbolçu tərəfindən gələn müsbət siqnalların İstanbul təmsilçisində məmnunluqla qarşılandığı bildirilir.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01