İspaniya Kral Futbol Federasiyasının (RFF) keçmiş prezidenti Luis Rubiales “Rubialesin sui-qəsdi” adlı kitabının təqdimatı zamanı hücuma məruz qalıb. Hadisə səbəbkarın səhnədə çıxış zamanı baş verib. Qonaqlardan biri ayağa durub və RFF keçmiş prezidentinə yumurta atmağa başlayıb. Tez bir zamanda xuliqanı zaldan çıxarıblar. Hadisə İspaniya mediası tərəfindən kameraya alınıb.
“Mundo Deportivo”nun məlumatına görə, sən demə Rubialesə yumurta atan şəxs onun əmisi imiş. Zərərçəkən ifadəsində bunu təsdiqləyib, onula həmyaşıd olduğunu və normal insan olmadığını deyib.
Xatırladq ki, 2025-ci ilin fevralında Rubiales İspaniya qadın milli komandasının oyunçusu Cenni Ermosonu öpdüyünə görə cinsi təcavüzdə günahkar bilindi. Məhkəmə RFEF-in keçmiş rəhbərinə futbolçuya bir il müddətinə 200 metr məsafədə yaxınlaşmasına qadağa qoydu və həmçinin onu təxminən 10.800 avro cərimələdi. Nədənsə Rubialesin vəkilləri hökmdən apelyasiya şikayəti vermədi. İyunda milli məhkəmə onun Ermosonu öpdüyünə görə məhkumluğunu qüvvədə saxladı. “Rubiales Cinayəti” kitabının mövzusuda məhz bu hadisədir.