Çempionlar Liqasının ardından Avropa Liqasının da pley-off mərhələsinin püşkatma mərasimi keçirilidi. Mərasimin əsas sürprizi isə püşkü atan şəxs oldu.
Rəqibləri müəyyənləşdirmək missiyası Türkiyə futbolunun əfsanəsi, DÇ-2002-nin unudulmaz qəhrəmanlarından biri İlhan Mansıza həvalə olunmuşdur. “Beşiktaş”ın sabiq ulduzunun “əli” əzəli rəqibləri “Fənərbaxça” üçün o qədər də “yüngül” olmadı. İlhan Mansızın çəkdiyi şar İstanbul nəhəngini İngiltərənin köklü klublarından biri – “Nottingem Forest”lə üz-üzə qoydu.
Pley-off cütlükləri tam siyahısı:
“Ludoqorets” (Bolqarıstan) – “Ferensvaroş” (Macarıstan)
“Panatinaikos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
“Dinamo” (Xorvatiya) – “Genk” (Belçika)
PAOK (Yunanıstan) – “Selta” (İspaniya)
“Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya
“Fənərbaxça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)
“Brann” (Norveç) – “Bolonya” (İtaliya)
“Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
Pley-off qarşılaşmaları fevral 19-u və fevral 26-da baş tutacaq. İki oyunun nəticəsinə görə üstünlük qazanan 8 komanda 1/8 finala yüksələcək. 1/8 final və sonrakı mərhələlərin püşkatması fevralın 27-də keçiriləcək.