Hindistanın Qoa ştatında kişi şahmatçılar arasında Dünya Kubokunun 1/64 final mərhələsi başa çatıb. Bu mərhələdə Azərbaycanın dörd şahmatçısı mübarizə aparıb. Aydın Süleymanlı tailandlı Prina Laoxavirapapanı, Nicat Abasov isə özbəkistanlı Muhammedzohid Suyarovanı hər iki görüşdə məğlub edərək növbəti mərhələyə adlayıblar. Təmsilçilərimizdən Əhməd Əhmədzadə hindistanlı Surye Şexar Qanquliyə hər iki partiyada uduzaraq turnirdə çxışını başa vurub. İtaliyan Lorenso Lodiçiyə 0,5-1,5 hesabıyla uduzan Read Səmədovda turnirlə vidalaşıb.
Dünya Kubokunda 1/32 final mərhələsinə noyabrın 4-də start veriləcək. Şahmatçılarmızdan Şəhriyar Məmmədyarov və Rauf Məmmədov bu mərhələdə yarışa qoşulacaq. Zəka sahiblərimiz müvafiq olaraq macar Gerqeli Kantor və rumın Rasmus Sveynlə qarşılaşacaqlar.
Xatırladım ki, mükafat fondu 2 milyon ABŞ dollar olan Dünya Kubokuna noyabrın 26-da yekun vurulacaq. Yarışda ilk üç yeri tutacaq şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.