Bu gün Budapeştdə gənclərin boks üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə üç boksçumuz – Əli Abdullayevlə (66 kq), Nicat Əlirzayev (70 kq) və Fərhad Şeydayev rinqə çıxıb. Abdullayevlə Əlirzayev qələbə qazanaraq 1/8 finala adlaya biliblər. Onlar növbəti döyüşlərinə sabah çıxacaqlar. Xatırladaq ki, qitə birinciliyində ölkəmizi 11 boksçu təmsil edir.