Macarıstanın paytaxtı Budapeştdə keçirilən boks üzrə gənclərin Avropa çempionatında daha 2 boksçumuz qələbə qazanıb. 55 kiloqramda çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda ispaniyalı Friha İsmail Maqraovla döyüşüb. Boksçumuz rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:25) hesabı ilə məğlub edib.
Tağı Nəsibov (60 kiloqram) da ilk döyüşündə qələbə qazanıb. Təmsilçimiz 1/8 finalda polşalı Yakub Krzpyeti yenib – 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28).
Nəsibov sabah keçiriləcək yarımfinala vəsiqə uğurunda döyüşdə irlandiyalı Qavin Ryanla qarşılaşacaq. Məmmədzadə isə rinqə noyabrın 26-da rinqə çıxacaq və cürcüstanlı Qor Ayvazyanla döyüşəcək.
Xatırladaq ki, U-23 Avropa çempionatı noyabrın 29-da başa çatacaq.