Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ilin yekunlarına əsasən dünyanın ən yaxşı hakimlərini müəyyənləşdirib. Qurumun rəsmi saytında dərc olunan siyahıda ilk onluqda iki fransız referi yer alıb.
Reytinq cədvəlinə ötən ili dördüncü pillədə başa vuran Kleman Türpen başçılıq edir. Onun həmvətəni, ötən ilin qalibi Fransua Leteksye isə builki siyahıda ikinci yeri polşalı Şimon Marçinyak ilə bölüşüb.
Siyahıda yer alan digər top-hakimlər bunlardır: İştvan Kovaç (Rumıniya), Maykl Oliver (İngiltərə), Feliks Svayer (Almaniya), Slavko Vinçiç (Sloveniya), Alireza Faqani (Avstraliya), Mauritsio Mariani (İtaliya), Sandro Şerer (İsveçrə).