Almaniya çempionatının 4-cü turunda “Bavariya” səfərdə “Hoffenhaym”ı 4:1 hesabı ilə məğlub edib. Komandanın hücumçusu Harri Keyn het-trikə imza atıb. Bununla da, İngiltərə millisinin forvardı “Bavariya”nın heyətində Bundesliqada 67 oyuna 70-ci qolunu vurmuş oldu. Bundan əlavə, o, “Bavariya”da oynadığı dövrdə 10-cu het-trikini rəsmiləşdirdi.
Hazırda Keyn Almaniya çempionatında bombardirlər siyahısına başçılıq edir – onun aktivində artıq 8 qol və 3 məhsuldar ötürmə var.