“Barselona”nın baş məşqçisi Hans Dieter Flik “Atletik”lə oyundan əvvəl heyətdəki vəziyyətdən danışıb. Alman məşqçi junalistlərin “Lamin Yamal necədir? O, 100 faiz formadadırmı? ” sualını belə cavablandırıb: “Mən də elə düşünürəm. Son həftələrdə çox çalışır və gördüklərimdən məmnunam. Deyə biləcəyim tək şey budur. Enişli-yoxuşlu məqamlar var, ancaq o, çətinliklərin öhdəsindən gəlməyi bacarır”. Daha sonra idman yazarları ondan İspaniya Futbol Federasiyasının “Lamin işi” ilə bağlı açıqlaması barədə nə düşündüyünü soruşublar. Flik bu sualın cavabında belə deyib: “Bilirsiniz ki, Lamin bizim oyunçumuzdur. Bizdə oyunçularımıza qayğı göstəririk. Düzdü, yığmadada onların qayğısına qalırlar. Yamal çox çalışır və çox intizamlıdır. O, istənilən vəziyyəti nəzarətdə saxlamağ bacarmalıdır və bunu öyrənmək onun üçün çox vacibdir. Reşford? Markusun temperaturu olduğundan nə dünən, nə də bu gün məşq edə bilmədi. Sabahkı oyunla bağlı şübhələrim var. Yaxşı xəbər Rafinyanın dönüşüdür və mən onun komandaya verdiyi töhfəni yüksək qiymətləndirirəm. Sabah görəcəyik, amma əsas məsələ onun qaydışıdır. O, matça ehtiyat oyunçular skamyasından da olsa başlayacaq”.