Ötən mövsümlə müqayisədə “Baselona” hazırda yaxşı təsir bağışlamır. Bunun da səbələrindən biri komandada zədələrin çoxluğudur. Mövsümün əvvəlindən bəri demək olar oyunçuların yarıdan çoxu artıq ən azı bir dəfə zədələnib. Kataloniyalılar cari mövsümdə keçirdikləri 18 oyunun altısında xal itiriblər. Daha dəqiq desək, iki dəfə heç-heçə oynayıb və dördündə məğlub olublar. Maraqlıddır ki, ötən mövsüm “Barsa” 60 matçın yalnız doqquzunda uduzmuşdur.
“Stemford Bridc”dəki məğlubiyyət isə Çempionlar Liqasında ikinci yenilgisi oldu. “Barselona” “Çelsi”nin yüksək tempi və intensivliyinə qarşı heç bir arqument ortaya qoya bilmədi. Matçdan sonra Hans-Diter Flik tərəfdarlarını panikaya düşməməyə çağırdı: “Söz verirəm ki, tezliklə “Barselona”nı yenidən ən yüksək səviyyədə görəcəksiz və buna əminəm. Necə məşq etdiyimizi, intensivliyimizi görürəm… bir neçə həftə əvvəlkindən tamamilə fərqlidir. Bir çox oyunçularımız qayıdıb. Mən nikbinəm”.