Norveç yığmasının hücumçusu Erling Haaland Dünya Çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 6-cı turunda Moldova millisinə qarşı keçirilən oyunda (11:1) beş qol vuraraq tarixə düşüb. O, XXI əsrdə Dünya Çempionatının seçmə mərhələsində 5 qol vuran ilk futbolçu olub.
Həmçinin qeyd edək ki, bu nəticə 1977-ci ildən bəri Avropa zonası üzrə seçmə oyunlarda qeydə alınan ilk “penta-trik”dir. Sonuncu dəfə avstriyalı Hans Krankl Avstriya – Malta görüşündə (9:0) 6 qol vurmuşdu.
Xatırladaq ki, Moldova ilə dünən gecə keçirilən oyunda qol vurmaqla Haaland dalbadal 8-ci oyunda fərqləndi.