“Mançester Siti”nin hücumçusu Erlinq Haaland DÇ-2026-da Norveçin himni səslənəndə göz yaşlarını saxlaya bilməyəcəyini deyib. Norveç millisi 1998-ci ildən bəri ilk dəfə mudialın final mərhələsinə vəsiqə qazanıb. Haalandın atası Alf-İnge 1994-cü ildə də ABŞ-da keçirilən həmin DÇ-də yığmanın heyətində iştirak edib.
Haaland atasının çıxışını da xatırlayıb: “Atam ABŞ-da keçirilən mundialda oynayıb. Ona görə orada oynamaq mənim üçün xüsusi bir məqamdır. Ola bilsin ki, himn səslənəndə ağlayım”.
Norveç millisi seçmə qrupunda birinci yeri tutaraq DÇ-2026-ya birbaşa vəsiqə qazandı.