Bu gün Premyer Liqa 2 oyunla 4-cü tura start verəcək. Qəbələdə “Kəpəz” “Araz-Naxçıvan”la qarşılaşacaq. Mövsümə fərqli başlayan komandaların vəziyyəti də fərqlidir. Gəncə klubu daha çox kadr islahatları ilə çalxalandığı halda, naxçıvanlılar sabit heyət və idarəetmə ilə mövsümə yaxşı başlayıblar. Elmar Baxşıyevin tək qayğısı hələ ki, qapıçı Kristian Avramın psixoloji durumudur. Norveçlə oyunda 11 qol buraxaraq özünə güvəni itirən qapıçının hazırda hansı vəziyyətdə olması sual altındadır. Norveçli Erlinq Haaland “Kəpəz”ə Avrama necə asanlıqla qol vurmağın nümunəsini göstərib. Görək gəncəlilər bu master-klassdan nə isə öyrənə bilibmi?
Digər oyun daha maraqlı səslənir. Ötən mövsümün iki ən yaxşı komandası üz-üzə gələcək. Bu matçda artıq gündəmə çevrilən Qurban Qurbanov – Rəşad Sadıqov məşqçi dueli diqqət mərkəzində olacaq. “Zirə”yə sabit və inkişaf edən trayektoriya qazandıran Sadıqov ötən mövsüm qartal uçuşuna hazır olduğunu göstərib.
Premyer Liqası, IV tur
12 sentyabr (cümə)
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov
Qəbələ şəhər stadionu, 17:45
“Qarabağ” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov
“Azersun Arena”, 20:00