Xorvatiyanın paytaxtı Zaqrebdə qadın güləşi üzrə ilin ilk reytinq turniri yekunlaşıb.
Yeddi idmançı ilə təmsil olunan yığmamız komanda hesabında 10-cu yeri tutub. “Milli” turniri 33 xalla tamamlayıb.
Xatırladaq ki, komandamızın aktivinə yeganə medalı Zəhra Kərimzadə (72 kq) yazdırıb. O, bütün rəqiblərini geridə qoyaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Turnirin ümumi komanda sıralamasında ilk üçlük aşağıdakı kimidir:
1. Yaponiya — 200 xal
2. Hindistan — 154 xal
3. ABŞ — 130 xalv