Fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində gənc cüdoçular arasında keçiriləcək Avropa Kubokunda ölkəmizi təmsil edəcək idmançıların adları məlum olub. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə reallaşacaq turnirdə ölkəmizi 3 çəki dərəcəsində 6 qadın cüdoçu təmsil edəcək. Qitə Çinarə Sadıqova, Fəridə Mirzəyeva, Aysun Məmmədova, Nuranə Hacızadə (hamısı 52 kiloqram), Vüsalə Hacıyeva (57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) qüvvəsini sınayacaq.
Milli komandaya qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.
Xatırladaq ki, Mostoles turnirində ümumilikdə 23 ölkədən 532 idmançının medallar uğrunda mübarizə aparacağı gözlənilir.