Türkiyəli jurnalist Ekrem Konur “Atletiko”nun norveçli hücumçusu Aleksandr Sörlotün adı “Fənərbaxça”nın transfer siyahısında birinci yerdə olduğunu bildirib. Mənbənin məlumatına görə, hazırda Sörlotu satmaq istəməyən “matrasçılar” 35 milyon avrodan çox təklifi olarsa, fikirlərindən daşına bilərlərlər. Düzdü, norveçli forvarda Türkiyəyə köçməyə üstünlük vermir. Sörlot bu mövsüm bütün yarışlarda 14 oyunda meydana çıxıb və iki qol vurub. Onun “Atletiko” ilə müqaviləsi 2028-ci ildə bitəcək. Transfermarkt poralının məlumatına görə, onun transfer dəyəri 25 milyon avrodur.