Braziliya yığmasının baş məşqçisi Karlo Ançelotti Rio-de-Janeyro karnavalındakı rəqs görüntüləri ilə sosial medianı lərzəyə gətirib. Həmişə ciddi və təmkinli obrazı ilə seçilən 66 yaşlı italyan mütəxəssis, bu dəfə tamam fərqli ampluada kamera qarşısına keçib.
Karnavalın coşqusunun əks olunduğu kadrlarda Ançelottinin bir neçə qadınla səmimi şəkildə rəqs etdiyi və əyləndiyi əks olunub. Futbol dünyasında “Karletto” ləqəbi ilə tanınan veteran məşqçinin bu görüntüləri azarkeşlər tərəfindən heyrətlə qarşılanıb. Sahə kənarındakı ağırbaşlı duruşundan əsər-əlamət qalmayan Ançelottinin bu “çılğın” anları qısa zamanda milyonlarla baxış toplayaraq sosial şəbəkələrdə gündəmə çevrilib.