DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun son turunda miilimiz evdə Fransa yığmasıyla qarşılaşacaq. Görüşü Latviya hakimləri briqadası idarə edəcək. Oyunun baş hakimi 40 yaşlı Andris Treimanis olacaq. Yeri gəlmişkən, latviyalı referi cari mövsümdə ölkəsinin yüksək liqasında 20 oyunda fit çalıb. Ortalama hər oyuna 4.2 sarı vərəqə göstəri. Yalnız bir oyunda futbolçunu meydandan qovub. 8 oyunda penalti təyin edib. Dünya çemionatlarının seçmə məhləsinə gəlincə, Treimanis indiyədək 8 oyun idarə edib. Bu qarşılaşmalarda üst-üstə 32 sarı və 2 qımızı vərəqə göstərib, 8 dəfə isə penalti təyin edib. Sonuncu dəfə beynalxalq arenada Avropa Liqasının 3-cü turunun FCSB – “Boloniya” (1:2) oynunu idarə edib.
Ona yan xətt hakimləri Haralds Qudermanis və Aleksey Spasennikov kömək edəcək. Dördüncü hakim funksiyasını Vitali Spasennikov yerinə yetirəcək.
Noyabrın 16-da saat 21:00-da başlayacaq fransızlara qarşı matçı Tofiq Bəhramov adına stadionda keçiriləcək.