Bugün Bakı şəhər trasında Formula-1 üzrə mövsümün 17-ci mərhələsinin – Azərbaycan Qran-prisinin əsas yarışı keçirilib.
Gərgin mübarizədə qalib “Red Bull” komandasının dördqat dünya çempionu Maks Verstappen olub. İkinci yeri “Mercedes” pilotu Corc Rassell, üçüncülüyü isə “Williams” sürücüsü Karlos Sayns qazanıb.
Mövsümün lideri, “McLaren” pilotu Oskar Piastri isə ilk dövrədə qəzaya düşərək yarışı vaxtından əvvəl dayandırıb.
İlk üçlük:
- Maks Verstappen (“Red Bull”) — 1:33:26.408, 51 dövrə
- Corc Rassell (“Mercedes”) +14.609
- Karlos Sayns (“Williams”) +19.199