“Karvan-Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən “Qəbələ” ilə qarşılaşmadan (1:1) sonra fikirlərini bölüşüb: “Bu matç bizim üçün kifayət qədər ağır keçdi. Qələbə qazanmaq istəyirdik, lakin meydançanın sürüşkən olması işimizi çətinləşdirdi. Bir xal qazanmağımız bizim üçün əhəmiyyətlidir. Oyunun gedişatına görə həm qalib gələ, həm də məğlub ola bilərdik.İndiyə qədər yaxşı oyunlarımız olub. Hazırda səhvlərimiz üzərində işləyirik və onları aradan qaldırmağa çalışırıq. Vəziyyəti xeyrimizə dəyişmək üçün hələ qarşıda kifayət qədər oyun var. Sona qədər mübarizəni davam etdirəcəyik”.