Avropada futbol həyəcanı pley-off mərhələsinin gərgin qarşılaşmaları ilə davam edir. Gecənin ən çox maraq doğuran matçlarından biri Şimali Makedoniyada baş tutacaq. Türkiyə təmsilçisi “Samsunspor” Konfrans Liqası çərçivəsində “Şkendiya” ilə üz-üzə gələcək. Taleyüklü oyun öncəsi “Samsunspor” düşərgəsində ciddi dəyişikliklərin yaşanması isə diqqətdən yayınmır.
Texniki direktor Tomas Reys ilə yollarını ayıran “qırmızı-ağlar”, sükanı alman mütəxəssis Torsten Finkə tapşırıb. 1,5 illik müqavilə imzalanan Fink, bu gecə komandanın başında ilk rəsmi oynuna çıxacaq.
Oyunöncəsi hədəflər barədə danışan “Samsunspor”un mətbuat katibi Suat Çakır yeni dövrdən ümidli olduqlarını bildirib: “Torsten Fink ilə yeni bir səhifə açırıq. Son həftələrdəki uğursuz nəticələri geridə qoyub, Şimali Makedoniyadan revanş oyunu üçün əlverişli nəticə ilə qayıtmaq niyyətindəyik. Meydanda əzmkar mübarizə aparıb, doğma meydanımızda keçiriləcək cavab matçı ilə növbəti mərhələyə adımızı yazdıracağımıza inanırıq”.
21:45 Zrinski Mostar (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)
21:45 KuPS (Finlandiya) – Lex Poznan (Polşa)
21:45 Olomouts (Çexiya) – Lozanna (İsveçrə)
00:00 Drita (Kosovo) – Çele (Sloveniya)
00:00 Omoniya (Kipr) – Riyeka (Xorvatiya)
00:00 Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə) CBC Sport, TRT 1
00:00 Yaqelloniya (Polşa) – Fiorentina (İtaliya)