Finkin “Samsunspor”da debütü: Hədəf Şimali Makedoniyada qələbədir

19.02.26 | 07:40
Dünya futbolu

Avropada futbol həyəcanı pley-off mərhələsinin gərgin qarşılaşmaları ilə davam edir. Gecənin ən çox maraq doğuran matçlarından biri Şimali Makedoniyada baş tutacaq. Türkiyə təmsilçisi “Samsunspor” Konfrans Liqası çərçivəsində “Şkendiya” ilə üz-üzə gələcək. Taleyüklü oyun öncəsi “Samsunspor” düşərgəsində ciddi dəyişikliklərin yaşanması isə diqqətdən yayınmır.

Texniki direktor Tomas Reys ilə yollarını ayıran “qırmızı-ağlar”, sükanı alman mütəxəssis Torsten Finkə tapşırıb. 1,5 illik müqavilə imzalanan Fink, bu gecə komandanın başında ilk rəsmi oynuna çıxacaq.

Oyunöncəsi hədəflər barədə danışan “Samsunspor”un mətbuat katibi Suat Çakır yeni dövrdən ümidli olduqlarını bildirib: “Torsten Fink ilə yeni bir səhifə açırıq. Son həftələrdəki uğursuz nəticələri geridə qoyub, Şimali Makedoniyadan revanş oyunu üçün əlverişli nəticə ilə qayıtmaq niyyətindəyik. Meydanda əzmkar mübarizə aparıb, doğma meydanımızda keçiriləcək cavab matçı ilə növbəti mərhələyə adımızı yazdıracağımıza inanırıq”.

21:45 Zrinski Mostar (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)

21:45 KuPS (Finlandiya) – Lex Poznan (Polşa)

21:45 Olomouts (Çexiya) – Lozanna (İsveçrə)

00:00 Drita (Kosovo) – Çele (Sloveniya)

00:00 Omoniya (Kipr) – Riyeka (Xorvatiya)

00:00 Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə) CBC Sport, TRT 1

00:00 Yaqelloniya (Polşa) – Fiorentina (İtaliya)

Paylaş:

Xəbər Lenti

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13