FİFA-dan görünməmiş qərar: Matçın nəticəsi yaşıl meydanda deyil, kabinetlərdə həll olundu

20.12.25 | 13:25
Dünya futbolu

FİFA Ərəb Kubokunda yaşanan vəziyyətdən sonra kəskin tənqid atəşinə tutulub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yığmaları arasında keçirilən üçüncülük matçı stadion yaxınlığında çaxan güclü ildırım və fırtına səbəbindən dayandırılıb. Sonradan oyun bərpa olunmayıb.

Qətərin Əl-Rayan şəhərindəki “Xəlifə Beynəlxalq Stadionunda” keçirilən qarşılaşmanı 45 mindən çox azarkeş izləyirdi. İlk hissədən sonra hesab 0:0 idi və komandalar ikinci hissəyə çıxmağa hazırlaşırdılar. Lakin hava şəraitinin kəskin pisləşməsi üzündən referi təhlükəsizlik mülahizələrini rəhbər tutaraq oyunu davam etdirməmək qərarına gəlib.

“GOAL” nəşrinin məlumatına görə, FİFA matçın vaxtını dəyişmək və ya alternativ arena axtarmaq əvəzinə, oyunun tamamilə dayandırıldığını elan edib. Nəticənin taleyi isə təşkilatın daxili komitəsinin ixtiyarına verilib ki, bu da beynəlxalq turnirlər praktikasında olduqca nadir hallardan hesab olunur.

Dörd saatlıq gözləmədən sonra FİFA rəsmən bəyan edib ki, üçüncülük matçı 0:0 hesabı ilə başa çatmış sayılır və Səudiyyə Ərəbistanı ilə BƏƏ üçüncülük pilləsini bölüşürlər.

“FİFA Ərəb Kuboku Qətər-2025-in üçüncülük matçının ləğv edilməsindən sonra, mövcud reqlamentlərə və FİFA nizamnaməsinə uyğun olaraq, Kişi Milli Komandalar üzrə Komitə aşağıdakı qərarı qəbul edib: matç 0:0 hesabı ilə başa çatmış hesab olunsun, üçüncülük hər iki komanda arasında bölüşdürülsün. 3-cü və 4-cü yerlər üçün nəzərdə tutulan ümumi mükafat fondu birləşdirilərək hər iki iştirakçı arasında bərabər bölünsün”.

Beləliklə, komandalar yalnız üçüncü yeri bölüşməklə kifayətlənməyib, həm də mükafat fondundan bərabər pay alıblar. 2025-ci il Ərəb Kubokunun mükafat fondu rekord həddə — 30 milyon avroya çatdığı üçün qərarın maliyyə tərəfi tərəflər üçün böyük əhəmiyyət kəsb edib.

Paylaş:

Xəbər Lenti

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21

DÇ-2026-nın bütün iştirakçıları bəlli oldu: 48 komanda, 12 qrup

01.04.26 | 17:12

Qələbənin illüziyası: Syerra-Leone səddi və futbolumuzun acı reallığı

01.04.26 | 10:15

Türkiyə 24 illik həsrətə son qoydu, İtaliya yenə mundialdan kənarda qaldı

01.04.26 | 06:59

Toppuşun arzusu

31.03.26 | 09:04

Hakan Çalhanoğlu millini hədəf alanlara meydan oxudu: “Bizi bölə bilməyəcəksiniz!”

31.03.26 | 06:55