Jurnalist Candaş Tolga Işık bir müddətdir işsiz qalan Fatih Terimin gələcəyi ilə bağlı maraqlı açıqlama verib. O, “Qalatasaray” və Türkiyə millisində çalışdığı dönəmdə qazandığı uğurlarla fanatların sevgisini qazanan Terimin yeni komandasının adını açıqlayıb: “Fatih Terim Çexiyaya yollanmağa hazırlaşır. Əgər son anda getməsə, onunla bir proqram hazırlayacağıq”.
Çexiya mediasının məlumatına görə, sonuncu dəfə Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab”ı çalışdıran Terim Çexiya Futbol Assosiasiyasıyla danışıqlarda irəliləyiş əldə edib. Təcrübəli məşqçinin tezliklə Çexiya yığmasında işəbaşlaması gözlənilir.