“Fənərbaxça” Domeniko Tedesko ilə anlaşdı.

09.09.25 | 21:28
Dünya futbolu

“Fənərbaxça” Joze Mourinyodan sonra baş məşqçi postunu boş qoymadı. Klub rəsmi olaraq 39 yaşlı italyan mütəxəssis Domeniko Tedesko ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Klubun rəsmi bəyanatında bildirilib: “Peşəkar Futbol komandamızın baş məşqçi vəzifəsinə Domeniko Tedesko təyin olunmuşdur. Onun köməkçisi uzun illər klubumuzun formasını geyinmiş və kapitanlıq etmiş Gökhan Gönül olacaq. Yeni məşqçi heyətinin imza mərasimi ilə bağlı detallı məlumat daha sonra paylaşılacaqdır.”

Həm İtaliya, həm də Almaniya vətəndaşlığına sahib olan Tedesko futbolçu karyerasını erkən başa vuraraq məşqçiliyə yönəlmişdir. UEFA Pro lisenziyasına sahib gənc mütəxəssis gənclərə şans verməsi və taktiki çevikliyi ilə tanınır. Onun ən çox üstünlük verdiyi oyun sistemi 4-2-3-1 taktiki düzülüşüdür.

2006-cı ildən Almaniyada müxtəlif akademiyalarda çalışıb.

2017-ci ildə “Erzgebirge Aue”ni çalışdıraraq qısa müddətdə komandanı liqada saxlamağı bacardı.

Daha sonra “Şalke 04”lə Bundesliqada ikinci yer tutmaqla Çempionlar Liqasına vəsiqə əldə etdi. 2019-cu ilin martında uğursuz nəticələrdən sonra istefaya göndərildi.

2019–2021-ci illərdə Rusiyanın “Spartak Moskva” klubunu çalışdırdı. Burada 54 oyunda ortalama 1.69 xal topladı.

2021-ci ildə yenidən Almaniyaya qayıtdı. “RB Leypsiq”in baş məşqçisi kimi 2021/2022 mövsümündə Almaniya Kubokunun qalibi oldu. Bu komanda ilə həm Avropa Liqası, həm də Çempionlar Liqası təcrübəsi yaşadı.

2023-cü ilin fevralında Belçika millisinin baş məşqçisi təyin olundu. Yığma komanda ilə Avropa Çempionatına vəsiqə qazandı. 2025-ci ilin yanvar ayında istefaya göndərildi. Yığma komandada 24 oyunda ortalama 1.75 xal topladı.

Paylaş:

Xəbər Lenti

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizi xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39