İngiltərə Premyer Liqasının 14-cü turunda “Mançester Siti” səfərdə “Fulhem”i 5:4 hesabıyla məğlub etdi. Hesabı “şəhərlilər”in forvardı Erlinq Holand açdı. Bu norveçli hücumçunun Premyer Liqada yubiley qolu oldu. 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçdikdən sonra çempionatda 100-cü qolunu vurmaq üçün ona 111 oyun bəs etdi. Bu isə inanılmaz bir göstəricidir və belə davam edərsə Hollandın bir çox redordu qıracağ qaçılmazdır.