“Zirə” heyətini türkiyəli hücumçu ilə gücləndirib. Paytaxt təmsilçisi türkiyəli forvard Eren Aydınla rəsmi müqavilə imzalayıb. 22 yaşlı futbolçu ilə cari mövsümün sonunadək razılıq əldə olunub.
“Qalatasaray” akademiyasının yetirməsi olan Aydın gənclər komandalarındakı məhsuldarlığı ilə seçilib. O, 2020/21 mövsümündə U-19 Elit Liqasında 20-dən çox qol vuraraq bombardirlər sırasına daxil olub. Bu uğurlu çıxışından sonra “Qalatasaray”ın əsas komandasına cəlb edilsə də, təcrübə qazanmaq üçün müxtəlif klublara icarəyə verilib.
Karyerası ərzində Türkiyənin “Niğde Anadolu”, “Çorum FK” və “Boluspor” kimi klublarında çıxış edən gənc hücumçu, xüsusilə “Çorum”un uğurlarında böyük pay sahibi olub. Eren Aydının “Zirə”yə qədərki son dayanacağı isə Ukrayna Premyer Liqası təmsilçisi “Veres” klubu olub.