Ər-Riyadda medallar

11.11.25 | 09:45
Digər növlər

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldıraların yarışında atletimiz Ravin Alməmmədov (79 kiloqram) üç medal qazanıb. Birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək ikinci yeri tutuan millinin üzvü  təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub.  Alməmmədov  iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Qeyd edək ki, ağırlıqqaldırma üzrə millimiz İslamiadada qazandıqları medalların sayı 9-a çatıb. Daha əvvəl Nuray Əbilova (48 kiloqram) 3 bürünc, İsa Rüstəmov (71 kiloqram) isə 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Üzgüçülərmiz İslam Həmrəyliyi Oyunlarında üçüncü medalını qazanıb. Bu dəfə 200 metr məsafəyə kəpənək üsulla üzmə yarışında 2.01.16 nəticə göstərən Ramil Əlizadə gümüş medala layiq ğörülüb. Daha əvvəl Süleyman İsmayılzadə 1500 metr məsafəyə sərbəst üsulla üzmədə, qadınlardan ibarət yığmamız isə 4×200 metr məsafəyə sərbəst üsulla estafet yarışında bürünc mükafata sahib çıxıb.
Cüdo üzrə yığmamız qarışıq komanda yarışında finalada Özbəkistanla qarşılaşıb. Həlledici görüşdə rəqibini 4:0 hesabıyla məğlub edən yığmamız İslamiadanın qalibi olub. Millimizin uğuruna Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) imza atıblar.

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00