“Nyukasl”ın hücumçusu Entoni Qordon Çempionlar Liqası çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyundan (6:1) sonra təəssüratlarını bölüşüb. Qarşılaşmada “poker” edərək (4 qol) matçın ulduzuna çevrilən ingilis futbolçu UEFA-nın rəsmi saytına açıqlamasında qələbənin əsas səbəblərinə toxunub: “Çox qürurluyam. Bakıda oynamağın nə qədər çətin olduğunu bilirdik, lakin komandamızın düzgün köklənməsi qələbəni təmin etdi. “Qarabağ” səviyyəli rəqibdir, amma ilk dəqiqələrdən tətbiq etdiyimiz pressinq oyunun taleyini həll etdi. Mübarizəni bir an belə dayandırmadıq və yaratdığımız davamlı təzyiq bizə qol vəziyyətlərindən maksimum yararlanmaq imkanı verdi”.