En-Nesiri gedir, Kante gəlir

02.02.26 | 17:49
Dünya futbolu

Türkiyə və Səudiyyə Ərəbistanı futbol dünyasının diqqəti “Fənərbaxça” və “Əl-İttihad” arasındakı irimiqyaslı transfer əməliyyatına yönəlib. Yussef En-Nesirinin Səudiyyə klubuna transferi, dünya ulduzu N’Qolo Kantenin İstanbula gəlişi üçün “yaşıl işıq” yandırıb.

Transfer pəncərəsinin ən hərəkətli günlərini yaşayan “Fənərbaxça”da gözlənilməz gəlişmələr bir-birini əvəz edir. Sarı-lacivərdli klubun mərakeşli hücumçusu Yussef En-Nesiri karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə hazırlaşır. Jurnalist Yağız Sabuncuoğlunun məlumata görə, ulduz futbolçu “Əl-İttihad”ın cəlbedici təklifinə artıq müsbət cavab verib. Hazırda transferin rəsmiləşməsi üçün Səudiyyə Peşəkar Liqası rəhbərliyinin son təsdiqi gözlənilir.

“Fənərbaxça” rəhbərliyi En-Nesiri üçün masaya oturduğu “Əl-İttihad” qarşısında konkret şərt qoyub. İstanbul təmsilçisi, hücumçusunun gedişinə yalnız bir şərtlə icazə verəcəyini bildirib: N’Qolo Kantenin transferi. Aparılan intensiv danışıqlar öz bəhrəsini verib. Tərəflər 34 yaşlı fransız yarımmüdafiəçinin transferi üçün 4 milyon avro təzminat məbləğində böyük ölçüdə razılığa gəliblər. “Fənərbaxça”nın dünya çempionu ilə 2,5 illik rəsmi müqavilə imzalayacağı gözlənilir.

Maraqlıdır ki, “Əl-İttihad”ın “Əl-Nacma” ilə keçirdiyi son qarşılaşmada Kante heyətdə yer almayıb. Klub bunu oyunçunun zədəli olması ilə əsaslandırsa da, Səudiyyə mətbuatı fərqli iddia ilə çıxış edir. Yerli medianın yazdığına görə, Kante transfer prosesi yekunlaşmaq üzrə olduğu üçün hər hansı riskə yol verməmək məqsədilə meydandan uzaq tutulur.

Gündəmin digər şok xəbəri isə Fredlə bağlıdır. Məlumata görə, “Fənərbaxça” braziliyalı ulduzu da “Əl-İttihad”a təklif edib. Əgər 32 yaşlı Fred Səudiyyə təmsilçisi ilə şəxsi müqavilə şərtlərində anlaşarsa, “Fənərbaxça” bu keçidə də mane olmayacaq. Bu gəlişmə, sarı-lacivərdlilərin orta xəttini tamamilə yeniləmək planından xəbər verir.

Bu transfer zəncirinin yaxın günlərdə rəsmən elan ediləcəyi və hər iki komandanın heyətində ciddi dəyişikliklərin baş verəcəyi gözlənilir.

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00