Elvin Cəfərquliyevdən “başuaaa”sı

23.01.26 | 13:28
Ölkə futbolu

“Qarabağ”la “Ayntraxt” matçının sevindirici tərəfi tək qələbə deyildi. Bu oyunda diqqətçəkən məqamlardan biri də azsaylı yerli oyunçuların qələbədə böyük pay sahibi olmasıdır. Bəhlul Mustafazadə qələbə topunu vurdu və ənənəvi olaraq müdafiədə böyük əmək sərf elədi. Elvin Cəfərquliyev isə yaxşı mənada daha da təəccübləndirdi. Deyərdim ki, bu Elvinin ən yaxşı oyunlardan biri və bəlkə də birincisi idi. Hiss olunur ki, futbolçu xeyli artırıb və taktika, strategiya baxımından da daha ağıllı oynayır. “Ayntraxt”la oyundan sonra redaksiya heyətində Elvinin əla oyunu müzakirə olunurdu və heç kim şübhə etmirdi ki, bu oyunçu bu potensialla rahat Fransa, Almaniya liqalarında oynaya bilər. Odur ki, günün sualı ondan ibarət idi ki, bəs bu cür istedadlı və potensiallı futbolçu niyə gedib oynaya bilməz aparıcı liqalardı. Doğrusu, suala heç kim tutarlı cavab verə bilmədi.  Amma məlum oldu ki, Elvin özü bu suala cavab verib. Oyundan sonra qələbəni bayram edən futbolçu mikrofonu diktordan alaraq “Başuaaaa” qışqırmaqla! Bax bu “başuaaa!” qışqırtısı o sualın cavabı idi. Zavallı diktor Sənan Şəfizadə mikrofonu tez qapmasaydı allah bilir Elvin daha nə qışqıracaqdı.

Bizim istedadlı futbolçularımız çox olub, lap çox. Hələ Sovet dövründən, müstəqillik illərində də. Bax o “başuaaa” qışqırmaq həvəsi və mentaliteti daha yüksək pilləyə qalxmağa imkan veryməyib.  

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19