Ehtiyat skamyası imtahandan kəsildi: “Kəpəz”dən tarixi qələbə

24.01.26 | 19:17
Ölkə futbolu

“Liverpul”la keçiriləcək vacib səfər oyunu öncəsi əsas heyət üzvlərinə istirahət vermək və mümkün zədələrdən qaçmaq istəyən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, meydana ikinci heyəti buraxmaq qərarı vermişdi. Görünür, “Köhlən atlar” bu rotasiya ilə də autsayderin öhdəsindən gələ biləcəklərini düşünürdülər.

Lakin Azər Bağırovun komandası yaranmış bu fürsətdən məharətlə yararlanaraq, turnir cədvəlinin lideri üzərində səfərdə parlaq qələbə qazandı. “Qarabağ”ın xilas olmaq cəhdləri, o cümlədən 61-ci dəqiqədə eyni anda edilən dördlü əvəzləmə belə oyunun gedişatını dəyişməyə kifayət etmədi. Ağdam təmsilçisi doğma meydanda xalsız qalaraq, Çempionlar Liqası öncəsi gözlənilməz sarsıntı yaşadı.

Ölkə çempionatdakı xal itkisi, ehtiyat oyunçular skamyasının hazırlıq səviyyəsini yenidən müzakirə mövzusuna çevirə bilər.

Azər Bağırovun gəlişindən sonra “Kəpəz”in oyununda hiss olunan canlanma, bu qələbə ilə pik nöqtəsinə çatdı. Lideri öz meydanında hər iki hissədə vurulan qollarla məğlub etmək Gəncə təmsilçisi üçün mövsümün ən böyük hadisəsidir.

QARABAĞ – KƏPƏZ – 0:2 (0:1)

Qollar: Renosuke Ohori, 24 (0:1), Ehtiram Şahverdiyev, 55 (0:2)

Bakı, “Azərsun Arena” stadionu

Baş hakim: Vüqar Həsənl

“Qarabağ”: Fabiyan Buntiç, Bədavi Hüseynov (k), Abbas Hüseynov (Elvin Cəfərquliyev, 61), Toral Bayramov (Marko Yankoviç, 61), Musa Qurbanlı, Nəriman Axundzadə, Sami Mmae, Dani Bolt, Kris Kuaku (Kamilo Duran, 61), Aleksey Kaşuk (Leandro Andrade, 61), Emmanuel Addai (Pedro Bikalyo, 82)

“Kəpəz”: Yusif İmanov, Məqsəd İsayev (Ümid Səmədov, 85), Ehtiram Şahverdiyev (Fərid Nəbiyev, 65), Rauf Hüseynli, Şakir Seyidov (Əli Səmədov, 85), Veysəl Rzayev (Rəhman Hacıyev, 62), Dioqo Verdaşka, Olavale Onanuqa (Mahamadu Ba, 62), Adama Fofana, Mate Abuladze, Renosuke Ohori

Sarı vərəqə: Yusif İmanov

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03