Əfsanə Fransa millisinə qayıdır

21.02.26 | 23:01
Dünya futbolu

Fransa futbolunun əfsanəvi siması Zinəddin Zidan karyerasında ilk dəfə milli komandaya rəhbərlik etməyə hazırlaşır. Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan mütəxəssisin ölkə yığmasının sükanı arxasına keçəcəyi gözlənilir.

Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, “Real”ın sabiq çalışdırıcısı Fransa Futbol Federasiyası ilə şifahi razılığa gəlib. Tərəflər arasında hələlik rəsmi müqavilə imzalanmasa da, bütün detalların razılaşdırıldığı bildirilir.

53 yaşlı mütəxəssisin yeni vəzifəsinin icrasına DÇ-2026-dan dərhal sonra başlayacağı planlaşdırılır.

Zidan «Real»dakı fəaliyyəti dövründə futbol tarixinin ən uğurlu məşqçilərindən biri olduğunu sübut etdi. Onun rəhbərliyi altında «Kral klubu» 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə La Liqanın, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə FİFA Klublararası Dünya Çempionatının və 2 dəfə İspaniya Superkubokunun qalibi olub.

Dünya futbolunun “Zizu”su indi bu zəngin təcrübəsini doğma vətəninin uğurları üçün sərf etməyə hazırlaşır. Bu təyinat həm Fransa azarkeşləri, həm də dünya futbol ictimaiyyəti tərəfindən böyük maraqla gözlənilir.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21