Dünya çempionundan şok sözlər: “Renn əla “lox” tapıb, futbol isə mənasını itirib”

04.02.26 | 07:08
Dünya futbolu

Gənc müdafiəçi Jeremi Jakenin transferi üçün “Liverpul”un atdığı addım heç də birmənalı qarşılanmayıb. Qış transfer pəncərəsinin son həftələrində “Renn”in 20 yaşlı istedadı uğrunda gedən gərgin mübarizədən “Liverpul” qalib ayrılsa da, bu “zəfər” onlara olduqca baha başa gəlib. Mersisaydlılar Jake üçün 60 milyon avro sabit ödəniş və 12 milyon avro bonus olmaqla, ümumilikdə 72 milyonundan keçməli olublar.

Fransa millisinin sabiq hücumçusu, dünya və Avropa çempionu Kristof Düqarri “qırmızılar”ın bu gedişini sərt şəkildə tənqid edərək ələ salıb, “Renn” rəhbərliyini isə “uğurlu alverə” görə tərifləyib.

“Futbol mənasını itirib”

Metro nəşrinə müsahibə verən Düqarri futbol dünyasındakı qiymət artımından şikayətlənib: “Düzünü desəm, oyunçunun xətrinə dəymək istəməzdim, onun heç bir günahı yoxdur. Ona uğurlar arzulayıram, çünki həqiqətən yaxşı futbolçudur. Amma insanın qarşısına belə “loxlar” çıxanda… “Renn”ə afərin! Onlar 70 milyon avro ödəməyə razı olan “Liverpul” kimi birini tapmağı bacardılar.  Karyerasının hələ başında olan bir oyunçuya bu qədər pul xərcləməyin heç bir məntiqi izahı yoxdur. Qoy bu ingilis klubları on milyonlarla avronu sağa-sola paylamağa davam etsinlər. Bu, artıq futbolun iki səviyyəyə bölünməsi deyil, bu, futbolun mənasını itirməsidir. Gəlin buna bəraət qazandırmağa çalışmayaq. Heç bir bəraəti yoxdur!”.

“Yazıq uşaq, üzərində böyük təzyiq olacaq”

Düqarri hesab edir ki, bu məbləğ gənc müdafiəçinin karyerasına mənfi təsir göstərə bilər: “Niyyətim Jakenı aşağılamaq deyil. Yazıq uşaq, bu transfer məbləği onun üzərində böyük təzyiq yaradacaq. Layiq olmasa belə, artıq hər kəs onun çıxışlarına o pulların prizmasından baxacaq. Futboldan az-çox anlayışı olanlar, gəlin “Liverpul”un pulu çoxdur” kimi bəhanələrlə bu məbləği əsaslandırmayaq. Bu, absurdur! Nə baş verdiyini anlamıram. Gülməlidir! Xeyr, bu, tələb-təklif məsələsi deyil. Bu, sadəcə rüsvayçılıqdır!”.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01