Dirk Şuster: «Məğlubiyyətə baxmayaraq, cavab matçında digər üzümüzü göstərməyə çalışacağıq»

09.07.26 | 00:48

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyununda «Zirə»yə 0:3 hesabı ilə məğlub olan Gürcüstanın «Torpedo» (Kutaisi) klubunun baş məşqçisi Dirk Şuster matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

Almaniyalı mütəxəssis bakılıların taktiki baxımdan daha üstün oynadığını etiraf edib, azarkeşlərin reaksiyasına toxunub və cavab görüşü ilə bağlı ümidlərini bölüşüb.

Təcrübəli çalışdırıcı oyundan əvvəl vəd etdiyi «sürpriz»in nə üçün alınmadığını və komandasının konsentrasiyanı itirdiyini bildirib: «Oyundan öncə sürpriz hazırlamışdıq, lakin görünür, çox güclü rəqiblə qarşılaşdıq. Öz oyunumuzu sərgiləyə bilmədik. «Zirə»nin heyətində fərdi keyfiyyətləri yüksək olan futbolçular var. İlk 30 dəqiqədən sonra tamamilə konsentrasiyanı itirdik və rəqib üstünlüyü əlinə aldı. Düzü, qol buraxacağımızı gözləyirdik, lakin meydanda daha yaxşı təsir bağışlayan tərəf – matçın fazoriti qalib gəldi. Meydan sahibləri taktiki cəhətdən çox güclü idilər. Hesab 0:2 olduqdan sonra futbolçularım mənən sındı və oyunun axarını dəyişməyə çalışsaq da, alınmadı».

Gürcüstanda çempionatın davam etməsinə baxmayaraq, rəqibin fiziki baxımdan daha üstün görünməsinə münasibət bildirən Şuster, yetirmələrinin yorğunluğundan şikayətlənib: «Biz sonadək mübarizə apardıq, qol vurmaq istəyirdik, lakin alınmadı. 0:3 hesabından sonra oyunun axarını dəyişmək müşkül məsələyə çevrildi. Futbolçularımın yorğun olduğu hiss olunurdu». Baş məşqçi azarkeşlərin sərt reaksiyasını təbii qarşılasa da, cavab matçında möcüzəyə imza atmağa çalışacaqlarını vurğulayıb: «Məğlubiyyətdən sonra azarkeşlərin məyus olması və narazılıq bildirməsi normaldır. Lakin tribunada özünü bu cür aparmaq düzgün deyil. Yəqin ki, 0:1 hesabı ilə uduzsaydıq, bu cür kəskin reaksiya verməzdilər. İndi bütün diqqətimizi cavab görüşünə yönəltməliyik. Bir həftə sonra keçiriləcək matçda tam fərqli üzümüzü göstərməyə çalışacağıq. 0:3-dən sonra vəziyyəti xilas etmək çox çətin olacaq, lakin məqsədimiz oyunu ən azı əlavə vaxta daşımaqdır. Futbolda bundan da böyük hesablı məğlubiyyətlərin əvəzini çıxan komandalar olub».

Paylaş:

Xəbər Lenti

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15

Allahverdi Yusifov: “Məqsədimiz müntəzəm çempionatı ilk dördlükdə başa vurmaqdır”

26.11.26 | 16:00

Lepinitsa “Barselona”ya məğlubiyyətin səbəbini açıqladı: “Bir anlıq diqqətimizi itirməyimiz oyunun taleyi həll etdi”

26.11.26 | 16:36

“Neftçi” – “Zirə” oyunu Tural Qurbanova həvalə olundu

26.11.26 | 16:59

“Sabah” – “Barselona” matçında azarkeş vəfat edib

26.11.26 | 13:31

Konfrans Liqasında turun diqqətçəkən oyunları: “Frayburq” – “Tvente”, ÇSKA – “Trabzonspor”

26.11.26 | 02:58

Avropa Liqasında turun diqqətçəkən oyunları: “Olimpiakos” – “Milan”, “Beşiktaş” – “Hapoel”

26.11.26 | 02:42

Dambrauskas “Barselona” ilə oyundan nəticə çıxardı: “Çox şey öyrəndik”

26.11.26 | 01:02

Flik Bakıda gördüyü dəyişikliklərdən danışdı: “İnqilabi inkişaf hiss etdim”

26.11.26 | 01:32

“Turan” Çempionlar Liqasına məğlubiyyətlə başladı

26.11.26 | 01:09

“Sabah”ın növbəti rəqibi “Vilyarreal” Praqa sınağından çıxdı

26.11.26 | 01:56

Bakı Qordonun sevimli şəhərinə çevrilir: 2 oyunda 6 qol

26.11.26 | 00:26

“Sabah”ın iki fərqli üzü: ilk hissədə ümid, ikinci yarıda çöküş

26.11.26 | 00:03

 Bir hissə müqavimət, doqquz dəqiqəlik çöküş

26.11.26 | 00:57

“Turan”ın Çempionlar Liqasındakı oyunlarının təqvimi bəlli oldu

25.11.26 | 20:29

“Şamaxı” və “Turan Tovuz”a 11 min manat cərimə, baş məşqçilərə 3 oyunluq cəza

25.11.26 | 20:12

“Sabah”ın U-19 komandası “Barselona”ya böyük hesabla uduzdu

25.11.26 | 18:43