“The Times” qəzetinin məlumata görə, İngiltərə Premyer Liqanın 18-ci turunun çərçivəsində keçiriləcək “Liverpul”- “Vulverhempton” oyununda komandaları meydana iyulun 3-də İspaniyada avtomobil qəzası zamanı 28 yaşında dünyasını dəyişən Dioqu Jotanın oğulları Dinis və Duarte çıxacaq. Bu, mərhum futbolçunun ölümündən sonra, onun sabiq komandaları arasındakı ilk qarşılaşma olacaq. Portuqaliyalı futbolçu 2018-ci ildən 2022-ci ilə qədər “Vulverhempton”da oynayıb, daha sonra “Liverpul”a keçib. Jota Premyer Liqa karyerasında ümumilikdə 190 matça çıxıb, 63 qol vurub və 24 məhsuldar ötürmə edib.
“Liverpul” və “Vulverhempton” arasındakı qarşılaşma dekabrın 27-də baş tutacaq.