FİFA DÇ-2026-nın püşkatma səbətlərini təsdiqləyib. Turnirə vəsiqə qazanan yığmalar hərəsində 12 komanda olmaqla dörd səbətə bölünüb. Avropa zonasında və qitələrarası pley-off oyunlar martda keçiriləcəyinə görə, 4-cü səbətin 6 komandası hələ müəyyənləşməyib.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Hollandiya, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d’İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika
4-cü səbət: İordaniya, Kabo Verde, Qana, Kürasaro, Haiti, Yeni Zelandiya, UEFA pley-offun A yolunun qalibi, UEFA pley-offun B yolunun qalibi, UEFA pley-offun C yolunun qalibi, UEFA pley-offun D yolunun qalibi, qitələrarası pley-offun 1-ci matçının qalibi, qitələrarası pley-offun 2-ci matçının qalibi
Xatırladaq ki, 2026-cı il Dünya Kubokunun püşkatma mərasimi dekabrın 5-də Vaşinqtonda keçiriləcək.