DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15
Dünya futbolu

Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının startına sayılı günlər qalmış, ali futbol qurumu ciddi xəbərdarlıqla üz-üzə qalıb. Səhiyyə, iqlim və idman sahələri üzrə 20 beynəlxalq ekspertdən ibarət qrup FİFA-ya açıq məktub ünvanlayaraq, iyunun 11-də başlayacaq turnirdə tətbiq olunacaq antitəbii isti hava tədbirlərinin qeyri-kafi olduğunu bildirib.

Məktub müəllifləri həyəcan təbili çalaraq qeyd edirlər ki, FİFA-nın yüksək temperaturdan qorunma ilə bağlı hazırkı reqlamenti mundial iştirakçıları üçün ciddi risklər yaradır. Ekspertlərin fikrincə, futbolçuların qarşılaşa biləcəyi kəskin sağlamlıq problemləri fonunda mövcud təlimatlar müasir elmi reallıqları əks etdirmir. Alimlər bəzi matçların ekstremal hava şəraiti səbəbindən təxirə salınması və ya saatının dəyişdirilməsi ilə bağlı daha konkret və sərt qaydaların tətbiqini tələb edirlər.

Açıqlanan rəsmi proqnozlara görə, oyunların keçiriləcəyi 16 stadiondan 14-də temperaturun kritik həddi aşacağı gözlənilir.

Yaranacaq riskləri öncədən hesablayan FİFA müəyyən preventiv addımlar atıb. Ali futbol qurumunun qərarına əsasən, turnirdə aşağıdakı qaydalar tətbiq olunacaq.

Məcburi su fasilələri: Hava şəraitindən asılı olmayaraq, hər hissədə oyunun gedişatı dayandırılacaq və futbolçulara minimum 3 dəqiqəlik su fasiləsi veriləcək.

Xüsusi soyutma sistemləri: Bütün stadionlarda texniki zona – ehtiyat oyunçular və məşqçilər korpusunun əyləşdiyi skamyalar müasir kondisioner sistemləri ilə təmin olunacaq.

Lakin mütəxəssislər bu addımları qeyri-kafi hesab edirlər. Onların tələbinə görə, su fasilələrinin müddəti iki dəfə artırılmalı, temperatur 28 dərəcə Selsini keçdiyi təqdirdə isə qarşılaşmalar birbaşa təxirə salınmalıdır.

Xatırladaq ki, futbol tarixində ilk dəfə olaraq dünya çempionluğu uğrunda 48 komanda mübarizə aparacaq. İyunun 11-dən iyulun 19-dək davam edəcək turnirdə rekord sayda – ümumilikdə 104 qarşılaşma baş tutacaq.

Paylaş:

Xəbər Lenti

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07

Jorj Kaşkilya gələcək taleyi ilə bağlı sualları cavablandırdı: “Mediada yazılanlar yalandır”

16.05.26 | 21:23

Yeniyetmə güləşçilər Avropa birinciliyində medalları sıralayır

16.05.26 | 20:24

Millimizin Macarıstan toplanışı qələbələrlə başa çatdı

16.05.26 | 20:43

Kurban Berdiyevdən hakimlik ittihamı: “Meydandakı aqressiyanın səbəbkarı onlar idi”

16.05.26 | 20:45

Ayhan Abbasovdan səmimi açıqlama: “Futbolçularım iddialı klubların hədəfinə çevriliblər”

16.05.26 | 20:03

“Sabah” litvalı baş məşqçi ilə vidalaşdı

16.05.26 | 20:21

Gümüş və bürünc medalların sahibləri bəlli oldu!

16.05.26 | 17:05

DÇ-2026 ərəfəsində FİFA-ya gözlənilməz xəbərdarlıq

16.05.26 | 13:15

Mahir Emreli “Kayserslautern”dən gedir

16.05.26 | 13:55

“Araz-Naxçıvan” “Kəpəz”ə şans vermədi

16.05.26 | 09:18