Bu gün DÇ-2026-nın seçmə turniri çərçivəsində Avropa zonasında üç qrupda üst-üstə altı ouyn keçiriləcək. Bu qarşılaşmalar arasında maraq doğuran Polşa – Niderland görüşüdü. “Zanbaqlar ölkəsi”nə munidialın qapısını açmaq üçün bu oyunda bir xal belə kifayət edir. Slovakiya – Şim.İrlandiya görüşü isə qonaqlar üçün DÇ-2026-nın finalına vəsiqə uğrunda mübarizədə son şansın olduğunu söyləsək yanılmarıq. Britaniyalıları bu oyunda yalnız qələbə qane edir. Xatırladım ki, bu qrupun son turunda hazırda liderliyi bölüşən Almaniya ilə Slovakiya qarşılaşacaq.
21:00 Finlandiya – Malta
23:45 Cəbəllütariq – Monteneqro
23:45 Lüksemburq – Almaniya
23:45 Polşa – Niderland
23:45 Slovakiya – Şim.İrlandiya
23:45 Xorvatiya – Farer adaları