Daniel Osafo-Badu: “Qarabağ” qarşılaşa biləcəyimiz ən güclü rəqibdir”

09.07.26 | 02:57
Ölkə futbolu

İslandiyanın “Vestri” klubunun baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”a qarşı keçiriləcək ilk oyun önçəsi keçirilən mətbuat konfransında iddialı və eyni zamanda təmkinli açıqlamalar verib.

Bakıdakı matçın komandası üçün böyük təcrübə olacağını vurğulayan islandiyalı mütəxəssis, Ağdam təmsilçisinin səviyyəsini yüksək qiymətləndirib: “Böyük həyəcan hiss edirik. Belə səviyyəli və güclü bir komandaya qarşı mübarizə aparacağıq. Bizim üçün son dərəcə çətin sınaq olacaq, lakin meydanda potensialımızı maksimum dərəcədə göstərmək üçün əlimizdən gələni edəcəyik”.

Osafo-Badu “Qarabağ”ın yay transfer pəncərəsindəki dəyişikliklərinə baxmayaraq, oyun fəlsəfəsinin sabit qaldığını diqqətə çatdırıb: “Heyətdə müəyyən dəyişikliklər olub, lakin baş məşqçi sükan arxasındadır. Əminəm ki, yeni transferlər tələblərə tez uyğunlaşacaqlar. Komandanın oyun xarakteri dəyişməyib.  Bu, Çempionlar Liqasında izlədiyimiz həmin dominant və təhlükəli “Qarabağ”dır. Futbolu yaxından izləyən biri kimi “Qarabağ”ın Avropa kuboklarındakı çıxışlarına bələd idim. Püşkatmadan əvvəl də rəqibimiz haqqında kifayət qədər məlumatım var idi”.

İslandiyalı mütəxəssis püşkatma zamanı futbolçularının verdiyi reaksiyaya da aydınlıq gətirib: “Azərbaycan çox gözəl ölkədir və futbolçularım belə böyük kluba qarşı oynayacaqları üçün həyəcanlıdılar. Gizlətməyəcəyəm, “Qarabağ” bu mərhələdə qarşılaşa biləcəyimiz ən çətin və ən güclü rəqibdir”. Taktiki planları tam açıqlamaq isteməyən “Vestri”nin çalışdırıcısı sürprizə ümid etdiklərini bildirib: “Taktiki incəlikləri tam bölüşmək istəməzdim. “Qarabağ” topla əla davranan, texnikalı və fasiləsiz hücum edən komandadır. Biz, böyük ehtimalla, əks-hücumlarda şansımızı axtaracağıq. Hələlik yalnız bunu deyə bilərəm”.

Paylaş:

Xəbər Lenti

Azərbaycan Premyer Liqasında 2026/27 mövsümünün püşkatması keçiriləcək

17.07.26 | 12:01

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslandiyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18