Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıxov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündə Gürcüstanın “Torpedo” (Kutaisi) klubu üzərində qazanılan inamlı qələbəni şərh edib. Təcrübəli mütəxəssis komandasının uğurlu çıxışını dəyərləndirməklə yanaşı, rəqib mütəxəssisə hörmətini ifadə edib və növbəti mərhələdəki hədəflərdən danışıb.

Sadıxov oyunun əvvəlində rəqibin fərqli taktiki gedişinin onlar üçün sürpriz olduğunu gizlətməyib. Buna baxmayaraq, o, komandasının vəziyyətə çevik reaksiya verdiyini vurğulayıb:

“Rəqibin matça fərqli sistemlə başlaması bizim üçün gözlənilməz oldu. Onların xeyli oyununu təhlil etsək də, bu taktikadan istifadə etməmişdilər. İlk dəqiqələrdə müəyyən çətinliklərimiz yarandı. Buna baxmayaraq, futbolçularımız operativ reaksiya verərək rəqibi dayandırmağı bacardılar. Daha sonra oyunu bərabərləşdirib üstünlüyü ələ aldıq. İlk hissədə vurduğumuz vacib qollar, ardınca ikinci hissədəki üçüncü qol bizə çox önəmli bir qələbə qazandırdı. Üzərimizdə böyük məsuliyyət var idi və ən azı ilk mərhələni keçmək istəyirdik. Xoşbəxtlikdən, hədəfimizə çatdıq”.

Hər iki matçda qeydə alınan böyükhesablı qələbənin sirrinə toxunan baş məşqçi bunun əsasən futbolçuların peşəkarlığı ilə bağlı olduğunu qeyd edib: “Biz oyunun bütün komponentlərində keyfiyyət göstərmək istəyirdik. Təhlillərimiz zamanı rəqibin də hər baxımdan hazır olduğunu görmüşdük. Məşqçi kimi istənilən qədər tapşırıq verə bilərsiniz, ancaq əsas məsələ futbolçuların bunları meydanda necə icra etməsidir. Uğurumuzun başlıca səbəbi uşaqların işə peşəkar yanaşmasıdır”.

“Zirə”nin çalışdırıcısı püşkatmadan öncə belə asan nəticə gözləmədiyini etiraf edib. Əslində, “Torpedo” paytaxt təmsilçisinin çəkindiyi rəqiblərdən biri olub: “Potensial rəqiblərin yekun siyahısı bəlli olanda qarşılaşmaq istəmədiyimiz iki komanda var idi ki, onlardan biri məhz “Torpedo” idi. Bu komandanın təcrübəli məşqçisi, yaxşı heyəti, eyni zamanda zəngin tarixi, ənənələri və avrokubok təcrübəsi var. Məhz bu səbəbdən onlara rəqib olmaq istəmirdim. Lakin xoşbəxtlikdən, hər şey bizim xeyrimizə yekunlaşdı”.

Mətbuat konfransında Rəşad Sadıxov rəqib komandanın baş məşqçisi, azarkeşlərin istefaya səslədiyi Dirk Şusterə də dəstək ifadə edib. O, almaniyalı mütəxəssisə böyük hörmət bəslədiyini bildirib: “Həmkarımla aramızda yaxşı münasibət formalaşıb. Rəqibi təhlil edərkən bəzən qarşı tərəfin məşqçisinə simpatiya yaranır, bu da məhz o hal idi. Nəzərə alsaq ki, o, 2016-cı ildə Almaniyada – Pep Qvardiola və Yurgen Kloppun da orada olduğu bir vaxtda ən yaxşı məşqçi seçilmişdi, ona böyük hörmətlə yanaşıram. İlk matçdan sonra aramızda yaxşı ünsiyyət yaranmışdı, bu gün də oyundan öncə isti dialoqumuz oldu. Sözün düzü, ikinci qoldan sonra ona göstərilən güclü təzyiq məni kədərləndirdi. Şusterə gələcək karyerasında uğurlar arzulayıram”.

İkinci təsnifat mərhələsindəki rəqibləri – Estoniyanın “Payde” klubu barədə danışan mütəxəssis hazırlıqlara dərhal başlanılacağını qeyd edib: “Artıq bu rəqibin təhlilinə başlayacağıq. Hələlik həmin komanda barədə heç bir məlumatım yoxdur, çünki bütün fikrimiz bugünkü oyuna yönəlmişdi. Çox güman ki, onları elə təyyarədə və ya avtobusda analiz etməyə başlayacağam”.

Paylaş:

Xəbər Lenti

Konfrans Liqasında növbəti mərhələnin cütlükləri

17.07.26 | 08:49

KL: Post-Sovet ölkələrindən uğurlu çıxış, “Astana”dan gözlənilməz məğlubiyyət

17.07.26 | 07:27

Avropa Liqasında sürprizsiz gecə

17.07.26 | 07:34

“Qarabağ” İslaniyada rahat qələbə ilə növbəti mərhələyə yüksəldi

17.07.26 | 02:02

Joze Mourinyodan sərt reaksiya: “Bu, biabırçı idarəçilikdir”

17.07.26 | 02:42

Messinin xanımı İngiltərə ilə matçda göz yaşlarını saxlaya bilmədi

17.07.26 | 01:09

FİFA-da “Infantino əleyhinə” koalisiya: Avropa federasiyaları alternativ axtarışındadır

17.07.26 | 01:10

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi bəlli oldu: Minsk “Dinamo”su dramatik qələbə qazandı

17.07.26 | 01:07

DÇ-2026: Argentinanın İngiltərə üzərindəki qələbəsinə “Folklend” qalmaqalı kölgə saldı

17.07.26 | 00:00

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bəlli oldu: İrlandiyada qalmaqallı matç

17.07.26 | 00:43

Bil şahmat festivalı: Aydın Süleymanlıdan növbəti sülh

16.07.26 | 23:30

Rəşad Sadıxov: “Torpedo” istəmədiyimiz rəqiblərdən idi, ancaq futbolçularımızın peşəkarlığı həlledici oldu”

16.07.26 | 23:06

“Zirə”nin rəqibi bəlli oldu: “Payde” Litva klubunu darmadağın edərək mərhələ adladı

16.07.26 | 23:44

“Zirə”dən Kutaisidə ustad dərsi

16.07.26 | 23:20

​”Neftçi” və “Sea Breeze” tərəfdaşlığı yeni mövsümdə də davam etdirəcək

16.07.26 | 20:27

“Araz-Naxçıvan”da növbəti transfer: Hücum xətti Burundi millisinin üzvünə tapşırıldı

16.07.26 | 18:11

Finalın qapısından dönənlər: İngiltərəni Tuxelin taktikası yandırdı, yoxsa tarixi lənət?

16.07.26 | 17:05

Güləşçilərimiz Macarıstanda qızıl axtarışında: Hacıyev və Tsokayev finalda

16.07.26 | 17:40

Harri Keyn: “Dörd il uzun müddətdir”

16.07.26 | 17:18

Atlantada Şok Şilə Olayı: Bellinqem Barkonu Vurdu, Meydan Qarışdı!

16.07.26 | 16:45