Dağıntılar arasından gələn təşəkkür: Qəzzalı futbolçular Qvardiolanı fəxri məşqçi seçdi

03.02.26 | 17:23
Dünya futbolu

Qəzzada son iki ildə baş verən müharibə nəticəsində ətraflarını itirmiş idmançılardan ibarət “İradə” amputant futbol komandası, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya Fələstinə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib. Komanda üzvləri dünya şöhrətli mütəxəssisi özlərinin fəxri məşqçisi elan etdiklərini açıqlayıblar.

Futbolçuların hazırladığı videoçarxda Qvardiolanın humanitar mövqeyi yüksək qiymətləndirilib. Komanda adından çıxış edən oyunçu bu sözləri qeyd edib: “Dünya şöhrətli məşqçi Pepə humanitar mövqeyinə görə səmimi qəlbdən təşəkkür edirik. Onun Fələstin xalqına və Qəzzaya verdiyi dəstək bizim üçün əvəzsizdir. Qvardiolanın güclünün deyil, Qəzzanın yanında durması təkcə bir siyasi mövqe deyil, həm də bəşəriyyət adına verilmiş bir bəyanatdır”.

Videoda idmançıların Qəzzadakı dağıntılar arasında çətinliklə də olsa futbol oynadıqları və əllərində Qvardiolanın boynunda Fələstin kəfiyyəsi olan fotosunu tutduqları təsirli görüntülər yer alıb.

Xatırladaq ki, ispan məşqçi yanvarın 30-da keçirilən mətbuat konfransına “axşamınız xeyir, əssalamu əleykum” deyərək başlamış və bu səmimi müraciəti ilə diqqət çəkmişdi. O, çıxışında Qəzzadakı insanlıq dramına bu sözlərlə toxunmuşdu: “Sosial mediada və ya televiziyada dağıntılar altında “anam haradadır?” deyə yalvaran bir uşağı gördükdə hamımızın nə hiss etdiyini bilirəm. Həmişə o uşaqların nə düşündüyünü təsəvvür etməyə çalışıram. Məncə, biz onları tək buraxdıq, taleyin ümidinə tərk etdik. Onların “haradasınız? gəlin, bizə kömək edin!” deyə fəryad etdiklərini hiss edirəm, amma biz hələ də səsimizi lazımi qədər ucaltmamışıq”.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21