Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə cüdoçuların “Böyük Dəbilqə” turnirinin püşkü atılıb. Dünya Cüdo Turu seriyasına daxil olan yarışda ölkəmizi 5 çəki dərəcəsində 10 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 52 ölkədən 373 cüdoçu idmançısı mübarizə aparacaq.
Kişilər
60 kiloqram, 1/8 final
Əhməd Yusifov – Çanad Fetsko (Macarıstan)/Seunqbom Çon (Koreya)
Balabəy Ağayev – Marton Andrasi (Macarıstan)/Salih Yıldız (Türkiyə)
66 kiloqram, 1/16 final
Ruslan Paşayev – Hamad Matlaei (BƏƏ)
Rəşad Yelkiyev – Denis Vieru (Moldova)/Alessio De Luka (İtaliya)
73 kiloqram, 1/16 final
Rəşid Məmmədəliyev – Stiven Boldbaatar (ABŞ)
Hidayət Heydərov – Adil Osmanov (Moldova)/Covanni Esposito (İtaliya)
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Alyaksandr Sidorik (Belarus)
Aslan Kotsoyev – Yermaxan Anuarbekov (Qazaxıstan)
+100 kiloqram, 1/8 final
Camal Qamzatxanov – Azamat Çotçayev (Bəhreyn)/Yelaman Yerqaliyev (Qazaxıstan)
Uşanqi Kokauri – Mikita Svirid (Xorvatiya)/Munir Ertuğ (Türkiyə)
Qeyd edək ki, sabah start götürəcək “Böyük Dəbilqə” turniri noyabrın 30-da başa çatacaq.