Bu gün Çempionlar Liqasının əsas mərhələsində 5-ci tura start veriləcək. “Qarabağ” Dieqo Maradona adına stadionda “Napoli” ilə qarşılaşacaq. Rəqibin heyətlə bağlı və komanda daxili problemlərinin olmasına baxmayaraq, oyunun Ağdam klubu üçün asan olmayacağı şübhə doğurmur. Neapollular pley-off şanslarını saxlamaq üçün bütün qüvvələrini ortaya qoyacaqlar. “Napoli”nin baş məşqçisi Antonio Konte yerli mətbuata müsahibəsində onlar üçün pley-off-a gedən yolun məhz bu oyundan başladığını deyib. Bütün bunlara baxmayaraq “Qarabağ”ın Neapol səfərindən əliboş dönməyəcəyinə inanırıq.
“Qalatasaray”ın xalını artırmaq üçün gözəl şansı var. “Sarı-qırmızılılar” evdə Belçikanın “Yunion Qillois” komandası ilə üz-üzə gələcək. Günün maraq doğuran oyunlarına gəlincə, ilk növbədə “Çelsi” – “Barselona” oyununu qeyd etmək olar. Bukmeker kontorları ingilis klubunu oyunun favoriti sayır.
21:45 Ayaks – Benfika
21:45 Qalatasaray – Yunion —————CBC Sport, TRT 1
00:00 Borussiya D – Vilyarreal
00:00 Bude Qlimt – Yuventus
00:00 Mançester S – Bayer
00:00 Marsel – Nyukasl
00:00 Napoli – Qarabağ ———————-İctimai TV
00:00 Slaviya – Atletik
00:00 Çelsi – Barselona ———————-CBC Sport