Çl-də irqçilik qarşıdurması: “Kimsən sən, cənab Mourinyo?”

20.02.26 | 07:47
Dünya futbolu

“Benfika”nın baş məşqçisi Joze Mourinyo, Çempionlar Liqasında “Real”la qarşılaşmadan sonra braziliyalı ulduz Vinisius Juniorun irqçiliklə bağlı bəyanatlarına verdiyi reaksiyaya görə tənqid hədəfinə çevrilib. Samir Nasridən sonra futbol dünyasının əfsanələrindən olan Lilian Türam da portuqaliyalı mütəxəssisin sözlərinə kəskin etirazını bildirib.

Hadisənin Tarixçəsi

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Real”in futbolçusu Vinisius Junior “Benfika” azarkeşləri tərəfindən irqçi təhqirlərə məruz qalıb. Matçdan sonra Joze Mourinyo klubunun irqçi olmadığını müdafiə edərək bu qalmaqallı fikirləri səsləndirib:

“Mən Vinisiusa dedim ki, qol sevincini fərqli şəkildə yaşamalıdır. Bu klubun ən böyük əfsanələrindən biri olan Eysebio da qaradərili idi. “Benfika” irqçi klub deyil. Lakin anlamıram, bu hadisələr niyə həmişə məhz Vinisiusun başına gəlir?”.

Lilian Türamdan Sərt Cavab: “Bu, ağ narsisizmidir”

Fransalı keçmiş müdafiəçi Lilian Türam, Mourinyonun bu yanaşmasını həm təkəbbürlü, həm də qurbanı günahlandırmaq cəhdi kimi qiymətləndirib.

Məsuliyyətdən qaçış: “Mourinyo böyük məşqçidir və karyerası boyu bir çox qaradərili futbolçu ilə işləyib. Amma bu, ona irqçilik faktını şübhə altına almaq hüququ vermir. Cənab Mourinyo, siz kimsəniz?! Vinisiusun nə etməli olduğuna qərar vermək səlahiyyətini sizə kim verib? Bu sözlərdə açıq-aşkar təkəbbür və ağ narsisizmi var”.

Qurbanın günahlandırılması: “Vinisius davranışı deyil, dərisinin rənginə görə hücuma məruz qalıb. Mourinyo isə eyham vurur ki, günah Vinisiusdadır. Özünü hamıdan haqlı hesab etmək azarı bəzi insanlarda elə bir mənəvi korluq yaradır ki, onlar qurbanın keçirdiyi hissləri anlaya bilmirlər”.

Şahidlərin varlığı: “Oyunçuların dediklərini necə görməzdən gəlmək olar? Vinisius dəli olub ki, durduq yerə təhqir uydursun? Mbappe də eyni şeyi eşidib. İndi belə çıxır, qaradərililər dəlidir, paranoikdir, yoxsa uydurmaçıdırlar?”.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21